Vüsal Qasımlı: “2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır”
16:43 20 Oktyabr 2021
Prezident İlham Əliyevin rəhbərliyilə 2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayacaq.
Femida.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. O deyib ki, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər əsasında hazırlanan “Sosial-iqtisadi inkişaf Strategiyası” 2022-ci ildən başlayaraq növbəti beş ili əhatə edəcək:
“Eyni zamanda Rəqəmsal transformasiya və Qarabağın inkişaf üzrə sənədlərin də qəbulu gözlənilir. Bir sözlə, Azərbaycan post-konflikt və post-pandemiya dövrünün çağırışlarına uyğun yeni səhifəni açır. Azərbaycanda Böyük Qayıdış dünya post-konflikt quruculuğu tarixində sürətinə və yeniliklərin tətbiqinə görə, həmçinin daxili imkanlar hesabına maliyyələşdirilməklə özünəməxsus yer tutacaq.”
V.Qasımlı bildirib ki, milli iqtisadiyyat quruculuğunda əsas məqsəd vətəndaşın rifahı və layiqli həyatıdır: “2019-cu ildə inqilabi sosial paket və pandemiya dövründə sosial müdafiə tədbirlərindən sonra 2022-ci ildən iki milyona yaxın vətəndaşımızın əməkhaqqı, pensiya, müavinət və təqaüdləri artırılacaq. Bunun üçün dövlət büdcəsində kifayət qədər imkanlar var.”
Femida.az
Oxunub: 515
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"