Peyvənd olunanların sayı açıqlandı


17:47     20 Oktyabr 2021 2021/10/C5BB67A5-0FF2-4A90-BE70-C7DBC8C51EA2_1634737662.png

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 389 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 092 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 257 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 991 242, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 266 230 təşkil edir.


Femida.az

Açar sözlər: #Peyvənd   #Koronavirus    

Oxunub: 1375