Rusiyadakı səfirliyimiz erməni təxribatının qarşısını aldı


20:49     20 Oktyabr 2021 2021/10/52E8F648-F555-4943-852F-6823EA0A4358_1634754930.png

Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub.

Azərbaycanın Rusiyadakı Səfirliyindən Femida.az -a verilən məlumata görə, Rusiya tərəfi bildirir ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyasi məsləhətləşmələr aparılmayıb.

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır.


Femida.az

Açar sözlər: #Rusiya   #Səfirlik    

Oxunub: 1884