Ermənistanın cinayətləri ilə bağlı bəyanat səsləndirildi


21:58     20 Oktyabr 2021 2021/10/7E2119B5-D82C-4B22-899D-E96ECAA9AC51_1634757490.jpeg

Cenevrədə BMT İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 69-cu qapalı sessiyası keçirilir. Sessiyada BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktı üzrə Ermənistan Respublikasının 4-cü dövrü hesabatı və təqdim olunan alternativ hesabatlar müzakirə olunacaq və Ermənistan üçün suallar ünvanlanacaq.

2022-ci ildə isə Ermənistan 4-cü dövrü hesabat üzrə hesabat verəcək. Ermənistanın təqdim etdiyi 4-cü dövrü hesabatda Azərbaycanla bağlı yanlış məlumatlar verilir, 2020-ci ilin sonuna qədər işğal altında saxladıqları əraziləri “Artsax Respublikası” adlandırır və bu zaman Paktın 1-ci maddəsinə istinad edərək bu ərazilərdə erməni xalqının özünütəyin etmə hüququndan istifadə edərək müstəqil dövlət qurmalarından bəhs edirlər. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Ermənistanın Dövrü Hesabatına alternativ hesabat təqdim edərək Ermənistanın bu məruzəsinə göstərilənləri təkzib edib və Ermənistan hakimiyyətini ifşa edib.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Ermənistanın 4-cü dövrü hesabatına alternativ hesabat hazırladığı üçün Komitə üzvləri üçün brifinq keçirmək hüququ əldə edib. 2021-ci ilin 20 oktyabr tarixində Komitə üzvləri üçün təşkil olunan onlayn brifinqdə VƏHML bəyanat verib.

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin Ermənstanın dövrü hesabatı üzrə 69-cu Sessiyaqabağı İşçi Qrupun maraqlı tərəflər üçün təşkil etdiyi brifinq üçün Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctaimai Birliyinin birgə Bəyanatı :

20 oktyabr 2021-ci il

Ermənistan Respublikası öz ərazilərində və Azərbaycanın BMT və dünya dövlətləri tərəfindən tanınan, 1990-1993-cü illərdə zəbt edərək 2020-ci ilin noyabr ayına qədər nəzarətdə saxladığı Azərbaycan ərazilərində Azərbaycan xalqına məxsus olan minlərlə tarixi və mədəni abidələri, o cümlədən dini məbədləri məhv edib, bir qismində ciddi konstruksiya dəyişikliyi etməklə erməniləşdirib.

Ermənistan Respublikası müharibə adət və ənənələrini pozmuş, nəzarətdə saxladığı ərəzilərdə dinc əhalinin girov götürmüş, digərləri isə ərazilərdən deportasiya olunub.
1992-2020-ci illərdə Ermənistanın effektiv nəzarətində olan ərazilərdə Azərbaycan mənşəli mülki əhali yaşamayıb. Həmin ərazilərdən 700 000 azərbaycanlı deportasiya olunub və bütün yayşayış və qeyri-yaşayış binaları və infrastruktur dağıdılıb, fauna və flora məhv edilib.

1990-cı illərin əvvəllərinə qədər Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə 2625 abidə mövcud olub. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilirdi.
Ərazilər azad edildikdən sonra həmin ərazilərdə 40 000 muzey sərvəti, 900-dən çox tarixi mədəniyyət abidəsi, 403 tarixi-dini məkan, 67 məscid, 144 məbəd, 192 ziyarətgahın məhv edildiyi və ya qarət olunduğu qeydə alınıb.

İşğal dövründə həmçinin 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu dağıdılaraq məhv edilib.

1992-2020-ci illər arası dövrdə işğal altında olan ərazilərdəki qəbristanlıqlarda qızıl axtaran yüzlərlə dəstələr fəaliyyət göstərmişdir. Yerli əhalinin əksəriyyəti qızıl dişlərdən istifadə etdiyi üçün vəfat edən şəxslərin qəbrləri qazılaraq onların cəsədində olan dişlər çıxarılmışdır. İndiyədək 30 000 artıq qəbirin qızıl axtarmaq məqsədi ilə dağıdıldığı müəyyən edilib. Hazırda müəyyənləşmə prosesi davam edir. Ermənistan tərəfində bu qəbirqazma işlərini ironik olaraq “gold fever” adlandırırdılar.

Paralel olaraq Ermənistan ərazisinda olan minlərlə tarixi, mədəni, arxitektura əhəmiyyətli abidələr tamamilə dağıdılıb, bir qısmı isə rekonstruksiya edilərə ya erməniləşdirilib, ya da başqa xalqlara məxsus abidə kimi təqdim edilir.

Toponomik adlar və akronimlər tam dəyişdirilib. Yalnız 1924-1988-ci illər ərzində 1000-dən çox toponomik adlar dəyişdirilib. 2006-cı ildə 57, 2007-ci ildə 21 yaşayış məntəqəsinin adı dəyişdirilib. Əvvəllərdə müasir Ermənistanın ərazisində 300 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində - İrəvan şəhərində yalnız bir məscid – Göy məscid qalıb ki, bu da İran dövləti ilə birgə rekonstruksiya olunaraq fars dini abidəsi kimi qeydə alınıb.

Komitə üzvlərindən Ermənistan dövlətinə aşağıdakılar barədə sorğu verməyi xahiş edirik:
30 il ərzində işğal altında saxladıqları 20% Azərbaycan ərazilərində mədəni abidələr, o cümlədən islam, xristian və digər dinlərə mənsub olan binalar nə üçün dağıdılmış və ya erməni mədəni abidəsi kimi rekonstruksiya olunub?

İşğal altında olan ərazilərdə qəbristanlıqlarda vəfat etmiş insanların qızıl dişləri çıxarmaq üçün kütləvi şəkildə yaradılmış qızılaxtaranların fəaliyyəti barədə nə deyə bilərlər?
Ərazilərdə dağıdılmış muzeylərin eksponatları harada saxlanılır?

Hazırda Ermənistan ərazisində Azərbaycan mənşəli coğrafi adları, toponimləri, şəhər, kəndvə qəsəbə adları vardırmı?

1988-ci ilin dekabr ayına qədər Ermənstanda yaşamış 320 000 azərbaycanlıya aid olan və fəaliyyət göstərmiş dini obyektlər, teatr binaları, muzeylər hal-hazırda mövcuddurmu?

Brifinqdə Komitə üzvlərinin sualları cavablandırılıb. Bəyanatı təşkilatların adından beynəlxalq ekspert Aytən Babayeva səsləndirib.

VƏHML tərəfindən təqdim olunan alternativ hesabatla BMT İnsan Hüquqları Üzər Ali Komissarın rəsmi veb səhifəsində tanış olmaq olar.

Femida.az

Açar sözlər:

Oxunub: 476