Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub


13:11     21 Oktyabr 2021 21_10_21_1634805990.jpg

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın ilə görüşüb.

Dövlət Xidmətindən Femida.az-a verilən məlumata görə, general-polkovnik Arzu Rəhimov ölkəmizdə fəaliyyətə başlaması münasibətilə yeni təyin olunan hərbi attaşeni təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda hərbi attaşe kimi fəaliyyət göstərəcəyindən məmnunluğunu ifadə edən general-mayor Zekeriya Yalçın iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişafının yüksək səviyyədə olduğunu bildirib.

Görüşdə Azərbaycan-Türkiyə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hərbi sahədə əməkdaşlıq, o cümlədən hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Açar sözlər:

Oxunub: 1348