DİN jurnalistin bank dələduzları ilə bağlı yazdıqlarına münasibət bildirib


13:33     21 Oktyabr 2021 dinnnn.jpg

Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aygün Muradxanlının bank dələduzları ilə bağlı paylaşımına münasibət bildirib.

DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Femida.az-a bildirib ki, nazirlik jurnalistin paylaşımını nəzarətə götürüb.

"DİN jurnalistə təşəkkür edib, məsələ nəzarətə götürülərək araşdırılır", - o vurğulayıb.

Qeyd edək ki, jurnalist A.Muradxanlı sosial şəbəkələrdə paylaşım edərək ona bir nəfərin zəng etdiyini, bank köçürmələrinin dəqiqləşdirməsi üçün bank hesabı istədiyini deyib.

Açar sözlər:

Oxunub: 406