Lavrov BMT rəsmisi ilə Qarabağı müzakirə edəcək


17:45     21 Oktyabr 2021 2021/10/AA690908-B916-4A81-A4CA-5351C3877765_1634825841.jpeg

Oktyabrın 22 -də Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qrifetsonla danışıqlar aparacaq. Tərəflər Qarabağdakı vəziyyəti də müzakirə edəcəklər.

Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"BMT xətti ilə Suriya, Əfqanıstan, Efiopiya, Ukraynaya humanitar yardımın göstərilməsi, eləcə də Qarabağdakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır", - Zaxarova əlavə edib.


Femida.az

Açar sözlər: #Qarabağ   #Sergey-Lavrov    

Oxunub: 464