Ərdoğan on ölkənin səfirlərinə etiraz etdi


18:23     21 Oktyabr 2021 2021/10/A0D067F2-DF0D-44BF-A7D5-461BE164B70E_1634826909.jpeg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hüquq müdafiəçisi Osman Kvalanın buraxılmasına çağırış edən on dövlətin səfirlərinə kəskin etirazını bildirib.

Femida.az bu barədə “Haber Türk” telekanalına istinadla xəbər verir. Afrika səfərindən qayıdarkən jurnalistlərin sualını cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib:

“Türkiyəni burada ittiham etmək istəyirlər. On səfir bu açıqlamanı niyə edib? Bu Soros qalığını müdafiə edənlər onu necə buraxdırmaq üçün çalışırlar. Xarici işlər nazirimizə dedim ki, onlara ölkəmizdə ev sahibliyi etmək zənginliyimiz ola bilməz. Türkiyəyə belə bir dərs keçmək sizin işinizdirmi? Kimsiniz siz? Bu nədir? Kavalanı buraxın. Sən öz ölkəndəki quldurları, qatilləri, terrorçuları buraxarsanmı? Amerika, Almaniya, hansı biri indiyədək belə bir şey edib? Etməyiblər və etməzlər. Danışanda verəcəkləri cavab budur: “məhkəmə müstəqildir”. Sizdə məhkəmə müstəqil, bizdəki məhkəmə asılıdırmı? Bizim məhkəmə müstəqilliyin ən gözəl örnəklərini verir”.

Bir müddət öncə sosial şəbəkə hesablarında Osman Kvalanın azad olunmasına çağırış edən Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb, onlara diplomatik münasibətlər haqqında Vyana konvensiyasına əməl etməyin vacibliyi xatırladılıb.


Femida.az

Açar sözlər: #Türkiyə    

Oxunub: 355