"Rusiya şirkətləri Qarabağdakı bərpa işlərində iştirak etməyə hazırdır" - XİN


20:49     21 Oktyabr 2021 2021/10/BEA607CD-D6DF-4269-9655-FF47386B9585_1634828929.jpeg

"Rusiya şirkətləri işğaldan azad edilmiş torpaqlarda görülən bərpa işlərində iştirak etməyə hazırdırlar. Ölkənin yerli şirkətlər qrupu 17-18 noyabr tarixlərində yenidən Azərbaycana səfər etməyi planlaşdırır".

Femida.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. O bildirib ki, Cəbrayıl rayonunda Rusiyanın “KamAZ” müəssisəsi və Gəncə Avtomobil Zavodunun birgə servis mərkəzinin təməlqoyma mərasimi keçirilməsini ikitərəfli əməkdaşlığa misal kimi göstərə bilərik:
"Biz əlbəttə ki, Rusiya biznesinin Azərbaycanda genişlənməsində maraqlıyıq. Bu cür birgə işə Moskva və Bakının münasibətlərinin vacib tərkib hissəsi kimi baxırıq.”


Femida.az

Açar sözlər: #Rusiya   #XİN   #Qarabağ    

Oxunub: 386