Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb


14:22     22 Oktyabr 2021 21_10_22_1634896882.jpg

Bakıda 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bildirilib ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Açar sözlər:

Oxunub: 1359