Dünya çempionatının mükafatçısı güllələnərək öldürülüb
13:46 23 Oktyabr 2021
Ekvadorlu atlet Aleks Kinonyes qətlə yetirilib.
Femida.az "El Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı idmançı Quayakil şəhərində dostu ilə birlikdə naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.
Quayas əyalətinin idman federasiyasının prezidenti Roberto İbanyes məlumatı təsdiqləyib.
Qeyd edək ki, Kinonyes 2019-cu ildə Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempoionatında 200 metr məsafəyə qaçışda bürünc medal qazanıb. O, həmin il Panamerika Oyunlarının qalibi olub. İdmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında da iştirak etməli idi. Lakin planlaşdırılmış dopinq yoxlamasına gəlmədiyi üçün Beynəlxalq Olimpiya Komitəsi (IOC) onun yarışa qatılmasını qadağan edib.
Oxunub: 1485
Oxşar xəbərlər
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ÜST: Dünyada meymunçiçəyinə yoluxma artır
- ABŞ-da gənc basketbolçu dünya çempionu ölüb
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb
- Dünyanın pandemiya baxımından ən təhlükəli ölkələri məlum olub
- Dünyada pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
- Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib