Bərdə və Ağcabədidə koronavirusla bağlı reyd keçirilib


15:39     23 Oktyabr 2021 2021/10/51F6D8D1-53E7-4FA7-97BB-AF0A40419BFA_1634994877.png

Bərdə və Ağcabədi Rayon Polis Şöbələrinin əməkdaşları bu məqsədlə qapalı məkanlarda və ictimai nəqliyyatda yoxlama tədbirləri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az -a verilən məlumata görə, yoxlamalar zamanı qayda pozuntusuna yol vermiş şəxslərlə maarifləndirici səpkidə söhbətlər aparılıb, bir neçə nəfər barəsində isə inzibati qaydada protokollar tərtib edilib.

Qeyd edək ki, bu cür tədbirlərin əsas məqsədi əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydaların təmini ilə yanaşı, vətəndaşlarda cəmiyyət qarşısında daşıdıqları məsuliyyət hissinin artırılmasıdır.


Femida.az

Açar sözlər: #Din    

Oxunub: 3856