"Məişət zorakılığı ilə bağlı sığınacağa 18 nəfər yerləşdirilib" - Nazirlik


15:56     23 Oktyabr 2021 2021/10/B72E0C17-5722-42F7-AF6C-2A1AE16B3F36_1634995199.png

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin məişət zorakılığına məruz qalan şəxslər üçün sosial reabilitasiya şöbəsinə bu günədək 18 nəfər şəxs qəbul edilib. Onlara sosial xidmətin göstərilməsi davam etdirilir.

Bu barədə Femida.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib. O bildirib ki, hər bir sakin müəssisənin himayəsində olduğundan onlarla fərdi qaydada məşğul olunur:

“Onlara fərdi qayğı planı hazırlanır, sosial reabilitasiyasına dəstək göstərilir. Ümumilidə ölkəmizdə reabilitasiya yönümlü sosial xidmətlərin əhatə dairəsi getdikcə genişlənir və gələcəkdə də bu istiqamətdə növbəti addımlar atılacağı nəzərdə tutulur”.

Qeyd edək ki, 2021-ci il avqustun 1-də isə Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində daha bir bölmə - Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyətə başlayıb. 30 nəfər üçün nəzərdə tutulan şöbədə məişət zorakılığından zərər çəkmiş şəxslərə sığınacaqla təmin olunmaqla bərabər, onlara psixo-sosial dəstək və məsləhət yardımı xidməti göstərilir.

Femida.az

Açar sözlər: #Məişət-zorakılığı    

Oxunub: 4066


Oxşar xəbərlər