"İŞİD" Kabildəki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb


16:49     23 Oktyabr 2021 2021/10/A9F93E87-8E4B-4401-89EF-023B5B12C5F6_1634997468.png

“İslam Dövləti” terror qruplaşması Əfqanıstanda elektrik stansiyasında baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Femida.az xəbər verir ki, bu barədə qruplaşmanın bəyanatında deyilir.

Daha əvvəl Əfqanıstanın Dövlət Enerji Korporasiyası paytaxt Kabilin və bir sıra digər şəhərlərin ölkənin şimal-qərbində elektrik stansiyasında baş vermiş partlayışa görə enerjisiz qaldığını bildirib.

Terror qruplaşması bəyan edib ki, ölkənin elektrik sektoruna ziyan vurmaq üçün paytaxtın şimal rayonunda yerləşən elektrik ötürücü qüllələri partladıblar.

Məlumata görə, bu gün axşam saatlarında elektrik xətləri şəbəkəyə qoşulacaq.

Əfqanıstanın Daxili İşlər Nazirliyi partlayışla əlaqədar 3 nəfərin saxlanıldığını bəyan edib, lakin onların "İŞİD" döyüşçüləri olub-olmadığını açıqlamayıb.

Femida.az

Açar sözlər: #Əfqanıstan   #Partlayış   #İŞİD    

Oxunub: 342