Rusiyadan Telman İsmayılovla bağlı yeni qərar


17:43     23 Oktyabr 2021 2021/10/344DF006-6DBD-4891-A8E6-36BEA78428E1_1634998640.png

Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Monteneqronun azərbaycanlı biznesmen Telman İsmayılovu təhvil verməkdən imtina etməsinin səbəblərini araşdırmaq barədə göstəriş verib.

Femida.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya İstintaq Komitəsi Monteneqro tərəfinin bu qərarı ilə razılaşa bilməz. Buna görə də Bastrıkin qurumun beynəlxalq hüquq idarəsinə Rusiya Xarici İşlər Nazirliyi ilə birlikdə Monteneqronun Telman İsmayılovu verməkdən imtina etməsinin səbəblərini ətraflı öyrənib, hesabat hazırlamağı tapşırıb.

Xatırladaq ki, Rusiyada iki nəfərin qətlində və adam oğurluğunda ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılov bir müddət əvvəl Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.

Dünən isə iş adamının vəkili onun Monteneqroda siyasi sığınacaq aldığın və təcridxanadan buraxıldığını açıqlayıb.


Femida.az

Açar sözlər: #Telman-İsmayılov    

Oxunub: 4780