Tovuzda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub


09:30     24 Oktyabr 2021 21_10_24_1635053474.jpg

Tovuz rayonunda bazarın önündə "VAZ-21015" markalı avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti dəqiqləşib.

Femida.az -ın məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyada Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Fazilə Cəfərovadır. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. F.Cəfərovanın meyiti tibbi ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 484