ABŞ-da tələbə şənliyində atışma olub, ölən və yaralananlar var


11:10     24 Oktyabr 2021 21_10_24_1635055229.jpg

ABŞ-ın Corciya ştatının Fort Valley şəhərindəki universitetin yaxınlığında tələbə şənliyində atışma baş verib.

Femida.az bu barədə Fox News kanalına istinadən xəbər verir.

Atışma nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, zərərçəkənlərdən bəziləri xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə heç bir məlumat yoxdur. Əlavə məlumat verilmir.

Polis yerli sakinləri hadisə yerindən yayınmağa çağırıb.

Açar sözlər:

Oxunub: 1369