Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var


10:38     24 Oktyabr 2021 21_10_24_1635055890.jpg

Tovuz rayonu ərazisində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, Qovlar ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər, 1949-cu il təvəllüdlü Çiçək Sadıqova, 1981-ci il təvəllüdlü Yeganə Sadıqova, 1954-cü il təvəllüdlü Lahıcova Gülmaya və avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Onların vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Tovuz rayonunda gün ərzində daha iki avtomobil qəzası qeydə alınıb. Həmin qəzalarda da yüngül xəsarət alanlar olub və onlara ambulator yardım göstərilib.

Açar sözlər:

Oxunub: 1361