Azərbaycanın hərbi dənizçiləri Türkiyədə təcrübə keçib


16:14     24 Oktyabr 2021 2021/10/dfr456_1635077717.jpg

Azərbaycan Hərbi Akademiyasının Hərbi Dənizçilik fakültəsini bitirən leytenantlar 27 sentyabr - 22 oktyabr 2021-ci il tarixlərində Türkiyədə keçirilən Hərbi Dəniz Qüvvələrinin freqatlarında hərbi dəniz təcrübə kursunu başa vurublar.

Femida.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Qeyd edək ki, Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi oktyabrın 20-də keçirilib.

Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 456