Cəlilabadda şadlıq evinin sahibi 4 000 manat cərimələnib


11:25     25 Oktyabr 2021 21_10_25_1635141222.jpg

Cəlilabadda şadlıq evinin sahibi 4000 manat cərimələnib

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Ülviyyə” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejim qaydalarının pozulması halı aşkarlanıb. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub.

Bundan başqa Cəlilabad rayonunun Cəlayir kənd sakini C.Məstəliyevin fərdi yaşayış evinin həyətində təşkil etdiyi məclis zamanı iştirak edən qonaqların müəyyən edilən say həddindən çox olduğu aşkarlanıb və həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.

Açar sözlər:

Oxunub: 1044