Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub


14:55     25 Oktyabr 2021 21_10_25_1635154938.jpg

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Əbdülrza Abıyevin həyətyanı sahəsində qanunsuz yolla əldə edilmiş 2,82 m3 həcmində işlik meşə materialı müəyyən edilib.

Bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov Femida.az-a bildirib.

O qeyd edib ki, hazırda iş üzrə araşdırma davam edir.

Açar sözlər:

Oxunub: 1377