Çində 7 nəfəri bıçaqla öldürən şəxs özünü çaya atıb


09:52     26 Oktyabr 2021 21_10_26_1635223966.jpg

Çinin Uhan şəhərində bıçaqla silahlanmış cinayətkarın hücumu nəticəsində azı 7 nəfər ölüb, daha bir nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Hadisə Tsaydyan rayonu ərazisində baş verib. Bildirilir ki, 39 yaşlı Qao adlı sakin 5 nəfəri bıçaqlayaraq qətlə yetirib, daha bir şəxsi isə yaralayıb. Yaralı şəxs cinayətkarın əlindən qaça bilib.

Daha sonra cinayətkar da hadisə yerindən qaçıb və qarşısına çıxan iki nəfəri əlindəki soyuq silahla öldürüb. Polis bildirib ki, hadisəni törədən şəxs körpüdən özünü Yantszı çayına atıb.

Hücum edənin tutulması və ya meyitinin tapılması barədə məlumat verilmir.

Açar sözlər:

Oxunub: 1019