Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb


10:11     26 Oktyabr 2021 21_10_26_1635225492.jpg

Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Femida.az -ın verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1037