Bakıda gənc oğlan kirayə qaldığı evdə bıçaqlanıb


10:33     26 Oktyabr 2021 21_10_26_1635226431.jpg

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə Daş Karxanası küçəsində baş verib.

Həmin küçədə kirayə yaşayan 1999-cu il təvəllüdlü Tağıyev Tural Məmmədtağı oğlu tanıdığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlum olub ki, onun ürək nahiyəsinə bıçaqla xəsarət yetirilib.

Açar sözlər:

Oxunub: 930