Bakıda 22 yaşlı gəncin bıçaqlanması ilə bağlı cinayət işi açılıb


10:58     26 Oktyabr 2021 21_10_26_1635228924.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə oktyabrın 25-də saat 20 radələrində paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əliyev Şükran Mürsəl oğlu həmyaşıdı olan tanışı Heydərov Tural Məmmədtağı oğluna yaşadığı mənzildə bir neçə bıçaq zərbəsi endirib. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən Ş.Əliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 1109