BDU-nun müəllimi vəfat edib


11:22     26 Oktyabr 2021 21_10_26_1635230770.jpg

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi Nərgiz Sadıqova vəfat edib.

Ali təhsil müəssisəsindən Femida.az-a verilən məlumata görə, o, 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Sadıqova 2012-ci ildən Filologiya fakültəsinin İngilis dili (humanitar fakültələr üzrə) kafedrasinda pedaqoji fəaliyyətə başlayıb. O, Dövlət İmtahan Mərkəzi tərəfindən çap edilən bir sıra kitabın həmmüəllifi olub.

Açar sözlər:

Oxunub: 1306