Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb


12:14     26 Oktyabr 2021 21_10_26_1635233835.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Bu barədə Femida.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19 ünvanında yerləşən “Xəlili Plaza” adlanan mövcud beşmərtəbəli qeyri-yaşayış binasının üzərində müvafiq sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Açar sözlər:

Oxunub: 1049