Astarada qanunsuz ov edən şəxs saxlanılıb


13:14     26 Oktyabr 2021 21_10_26_1635235900.jpg

Astara rayonunda qanunsuz ov edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Giləkəran kəndi ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara şəhər sakini İ.Kazımov saxlanılıb. Ondan qanunsuz olaraq ovladığı 5 ədəd çöl quşu, 1 ədəd ov tüfəngi və digər ov alətləri aşkarlanıb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

Açar sözlər:

Oxunub: 1132