166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib
16:14 26 Oktyabr 2021
Məktəblərdə elektron jurnal və gündəlik sisteminin tətbiqi davam etdirilir.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, sistem hazırda şəhər və bölgələr üzrə 166 məktəbdə istifadə olunur. Təzə sistemin ilin sonunadək daha 197 məktəbdə tətbiqi nəzərdə tutulur. Sistemə yeni qoşulan bütün məktəblərin inzibati-idarəetmə və pedaqoji heyəti sistemdən istifadə üzrə təlimlərə cəlb olunurlar.
Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.
Yeni sistem vasitəsi ilə sinif komplektləri, şagird siyahısı, işçilərin siyahısı, tədris planları, dərs cədvəlləri, qiymətləndirmə, davamiyyət göstəriciləri kimi proseslər tamamilə elektronlaşdırılıb. Qeyd edilən bütün məlumatlar elektronlaşdırıldığına görə dinamik hesabatların çıxarılması, prosesə məsafədən real vaxt rejimində nəzarət imkanı yaradılıb. Həmçinin, məktəbin işçi heyəti tərəfindən tədris prosesinin qeydiyyatı ilə bağlı aparılan kargüzarlıq yükü azaldılıb, əlavə insan resursu və vaxt sərfiyyatının qarşısının alınması hədəflənib. Bununla yanaşı, sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb.
Femida.az
Oxunub: 1343
Oxşar xəbərlər
- Bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib
- Bakıda 166 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır
- Qanunsuz narkotik dövriyyəsinə görə 1661 nəfər həbs olunub - 6 ayda
- Ötən həftə 166 əcnəbi saxlanılıb - FOTOLAR+VİDEO
- Ermənistanda tutulan etirazçıların sayı 166-ya çatdı - Yenilənib
- Prezident xəstəxananın tikintisinə 6,166 milyon manat ayırdı
- Bu il Bakıdakı yol qəzalarında 166 nəfər ölüb
- 166 dövlət əmlakı özəlləşdiriləcək
- İnsan alveri ilə bağlı 166 cinayət baş verib
- Azərbaycanda 2166 məscid var