Bakıda daha bir məktəb virusa görə bağlandı


16:33     26 Oktyabr 2021 2021/10/22983da6-57f2-3f9c-9781-58a5d563590e_850_1635250105.jpg

Bakının 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Femida.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin 3 şagirdi və 5 müəllimi COVID-19 infeksiyasına yoluxub: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".

Femida.az

Açar sözlər:

Oxunub: 476