Füzuli aeroportunda Prezidentlərin maraqlı zarafatı - VİDEO


17:28     26 Oktyabr 2021 2021/10/4B98E231-6D08-4079-86AE-F10E38C9B59B_1635256329.png

Bu gün Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Femida.az xəbər verir ki, tədbirdə səmimi anlar yaşanıb.

Belə ki, Ərdoğan mərasim iştirakçılarından birinə “Açıq havada maska taxmaq yoxdur” deyib, İlham Əliyev isə türkiyəli həmkarının fikrini dəstəkləyib.

Daha sonra isə dövlət başçıları ilə AZAL prezidenti Cahangir Əsgərov arasında maraqlı dialoq olub. Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarını prezidentlərə təqdim edərkən onun xarici görünüşündəki dəyişiklik Türkiyə Prezidentinin diqqətindən qaçmayıb.

Ərdoğan Cahangir Əsgərovu göstərərək, zarafatla "onun bığı vardı, indi yoxdu" deyib. Prezident İlham Əliyev isə gülərək, "bığı tökülüb",- deyə cavab verib. Cahangir Əsgərov bığını nəzərədə tutaraq, prezidentlərə "Zəngilanda olacaq" söyləyib.
https://t.me/Azvisionaz/4278




Femida.az

Açar sözlər: #Prezident   #İlham-Əliyev   #Rəcəb-Tayyib-Ərdoğan    

Oxunub: 651