Zəngilanda Ərdoğanın qarşılanma mərasimi keçirilib - VİDEO


18:31     26 Oktyabr 2021 2021/10/786EB64D-CC03-4B2A-BF60-74CA360F60A1_1635258515.png

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonuna səfəri başlayıb.

Femida.az -ın xəbərinə görə, rayonda dövlət başçısının rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Fəxri qarovul dəstəsi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.


Femida.az

Açar sözlər: #Zəngilan    

Oxunub: 321