“Bu bəyannamə əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb”-Prezident (VİDEO)
21:24 26 Oktyabr 2021
“Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Dörd ay bundan əvvəl sizinlə bərabər Şuşa şəhərində olmuşuq”.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.
“Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”, - dövlət başçısı bildirib.
Oxunub: 413
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib