Gələn ilin büdcəsi 30 milyarda yaxın olacaq


10:14     27 Oktyabr 2021 2021/10/404387156_0_74_2000_1205_1920x0_80_0_0_4cf7a68b2803145cab5720c253455d8d_1635315887.jpg

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir.

Femida.az xəbər verir ki, bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.

Son nəticədə dövlət büdcəsində 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.

Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.

Femida.az

Açar sözlər: #Büdcə  

Oxunub: 517