Büdcədən təhsil və səhiyyəyə ayrılan vəsait açıqlandı


10:26     27 Oktyabr 2021

Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 884 325 660,0 manat vəsait ayrılıb.

Femida.az xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb. Layihədə qeyd olunub ki, həmin xərclərin 376 858 452,0 manatı məktəbəqədər təhsilə, 2 090 153 867,0 manatı ümumi təhsilə, 63 815 386,0 manatı peşə təhsilinə, 87 300 596,0 manatı orta ixtisas təhsilinə, 59 987 844,0 manatı ali təhsilə, 3 937 523,0 manatı əlavə təhsilə, 7 015 701,0 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 195 256 291,0 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Eyni zamanda gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsi üçün 1 788 619 634,0 manat vəsait ayrılıb. Layihədə qeyd olunub ki, həmin xərclərin 1 664 544,0 manatı poliklinikalar və ambulatoriyalara, 171 143 669,0 manatı xəstəxanalara, 2 588 726,0 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 613 222 695,0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə ayrılıb.

Eyni zamanda, səhiyyə üçün ayrılan vəsaitdən 1 125 674 629,0 manatı isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlər proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 433