Gəncədə dava olub, xəsarət alanlar var
09:11 28 Oktyabr 2021
Gəncə şəhərində 2 gənc arasında borc üstdə yaranan mübahisə dava ilə nəticələnib.
Femida.az -IN məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində, 27-ci küçədə, marketlərin birinin qarşısında qeydə alınıb. Sərxoş vəziyyətdə olan 2 gənc arasında pul üstündə yaranan mübahisə əlbəyaxa dava nəticələnib. Dava zamanı tərəflərdən biri 25 yaşlı E.Hüseynov mübahisə etdiyi şəxs tərəfindən başından və üzündən daşla, sol döş nahiyəsindən kəsici ailətlə xəsarət alıb.
Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Məlumata görə, ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs isə əlbəyaxa dava zamanı xəsarət alsa da, xəstəxanaya getməkdən imtina edib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub: 1099
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb