Paytaxtda daha bir məktəb distant təhsilə keçdi


19:23     28 Oktyabr 2021 2021/10/52EE4E4B-3496-40FC-AD7F-8AC70A01ED5D_1635437063.jpeg

Bakının 212 nömrəli tam orta məktəbində tədris distant formada davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az -a verilən məlumata görə, məktəbin 6 müəllimi və 5 şagirdində COVİD-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.


Femida.az

Açar sözlər: #Məktəb    

Oxunub: 4030