Baş nazir Türkiyənin vitse-prezidentini təbrik edib


20:31     28 Oktyabr 2021 2021/10/2CEEBBB7-3A3C-4A4C-B64B-8B00E25C3A03_1635439396.png

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Femida.az -a verilən məlumata görə, məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

Femida.az

Açar sözlər: #Başnazir    

Oxunub: 369