Cəlilabadda həyətlərində toy keçirən şəxslər cərimələnib


12:02     30 Oktyabr 2021 21_10_30_1635580984.jpg

Cəlilabadda fərdi yaşayış evlərinin həyətlərində keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayonunun Cəfərxanlı və Məşədilər kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.

Karantin rejim qaydalarının pozduqlarına görə toy təşkilatçıları Y.Paşayev və M.İşiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Açar sözlər:

Oxunub: 1504