Metropoliten "28 May" stansiyasındakı tüstülənməyə aydınlıq gətirdi


18:27     30 Oktyabr 2021 2021/10/235C0104-12D6-4D6D-A121-6A4631569221_1635605778.jpeg

“28 May” metro stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib.

Femida.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" məlumat yayıb.

"Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib.
Ehtiyat tədbiri kimi, “Həzi Aslanov-28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.

Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai-Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəzliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə “Xətai-Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub.

Hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir", - məlumatda deyilir.

Femida.az

Açar sözlər: #Metro    

Oxunub: 549