"Sərnişinlər avtobusların hərəkətini izləyə biləcək" - BNA


18:37     30 Oktyabr 2021 2021/10/7ED2CE4C-152B-43AE-95BC-3C31CDDADC30_1635606336.png

"Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişlərə keçid davam edir. Marşrut xətləri üzrə avtobuslar "BakıKarta" keçdikcə, eyni zamanda Vahid Dispetçer Mərkəzinə inteqrasiya edilir. Bu zaman biz marşutlar üzrə gündəlik xəttə çıxan avtobus sayı, həmin avtobusların real vaxt rejimində hərəkət vəziyyəti, harada olmaları, hansı intervalla, hansı sürətlə hərəkət etmələri, dayanacaqdan kənar saxlayıb-saxlamamalarını, yəni bütün davranışlarını izləyə bilirik".

Bu barədə Femida.az -a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, əsas məqsəd bu məlumatların sərnişinlərlə bölüşdürülməsidir:

"Məlumatlar müxtəlif alətlər - mobil tətbiqlər, internet portalları, dayanacaqdakı lövhələr vasitəsilə sərnişinlərimizlə bölüşüləcək. Bunun yaxın vaxtlarda həyata keçirilməsi nəzərdən keçirilir".

Femida.az

Açar sözlər: #BNA    

Oxunub: 522