İmişlidə ev yanıb, xəsarət alan var


11:58     31 Oktyabr 2021 21_10_31_1635665644.jpg

İmişli rayonunda ev yanıb.

Femida.az -ın məlumatına görə, hadisə rayonun Aranlı kəndində, Saleh Dövlətova məxsus evdə qeydə alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı ev sahibi yanıq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1595