Əfqanıstanda iranlı jurnalistlərə silahlı hücum


14:30     31 Oktyabr 2021 21_10_31_1635672677.jpg

İranın dövlət televiziyasının Əfqanıstana ezam olunan çəkiliş qrupuna silahlı hücum olub.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində çəkiliş apararkən jurnalistlərə yaxınlaşan naməlum şəxs onlara qəflətən atəş açıb.

Nəticədə televiziyanın operatoru yeddi güllə yarası alıb. Yaralanan operator təcili olaraq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti sabit-ağır olaraq qalır.

İranın Xarici İşlər Nazirliyi “Taliban” hərəkatına müraciət edərək cinayətkarların tutulub cəzalandırılmasını tələb edib.

Əfqanıstanın “Taliban” hökuməti cinayətkarların cəzasız qalmayacağını bildirib.

Açar sözlər:

Oxunub: 1491