Üç ölkənin Baş prokuroru bu gün Bakıya gələcək


19:29     31 Oktyabr 2021 2021/11/34642AA8-3E03-4C98-A13C-87D4563EE40B_1635735539.png

Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçiriləcək.

Bu barədə Femida.az Baş Prokurorluğa istinadən xəbər verir.

İclas çərçivəsində, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, iclasda iştirak edəcək Türkiyə, Özbəkistan və Qırğız Respublikalarının Baş Prokurorları, Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti və digər qonaqlar bugün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaqlar.

Məlumat Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib.



Femida.az

Açar sözlər: #​BaşProkurorluq    

Oxunub: 423


Oxşar xəbərlər