İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb


15:22     01 Noyabr 2021

"İmişli rayonunda baş verən hadisə ilə bağlı ilkin məlumatlar prokurorluğa daxil olandan dərhal sonra araşdırmala başlanılıb və cinayət işi açılıb"

Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev deyib. Onun sözlərinə görə, artıq hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb:

“İntensiv hərəkətlər gedir. Həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, ona qarşı konkret ittiham irəli sürülməsi məsələsi mövcud sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir, daim nəzarətdə saxlayırıq".

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Xatırladaq ki, 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.

Femida.az

Açar sözlər:

Oxunub: 489