Şuşa haqqında məqalə Əlcəzair qəzetində


09:38     03 Noyabr 2021 2021/11/D9579883-5E12-454E-86A1-821BED47B823_1635919489.png

Əlcəzairin “Əl Şuruğ” qəzetində Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa dünyanın ən gözəl şəhərinə çevriləcək” sərlövhəli məqaləsi dərc olunub.

Femida.az xəbər verir ki, məqalədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Şuşanı işğaldan azad etməsi və 2020-ci il noyabrın 8-də bu qədim şəhərimizdə yenidən Azərbaycan bayrağının dalğalandığı qeyd olunur. Müəllif yazır ki, həmin gün müasir Azərbaycanın tarixinə ən şanlı səhifə kimi yazılıb. Şuşanın azadlığına qovuşduğu gün ölkəmizdə Zəfər Günü kimi qeyd olunur.

Strateji əhəmiyyətə malik olan qədim mədəniyyət paytaxtımızın Ermənistanın işğalından azad edilməsi 44 günlük Vətən müharibəsinin ən parlaq səhifəsi olub. Prezident İlham Əliyevin prinsipial mövqeyini, böyük əzmini döyüş meydanında həyata keçirən Silahlı Qüvvələrimiz, həmçinin diplomatiya cəbhəsində uğurlarımız Qələbəni şərtləndirən əsas amillər olub. Azərbaycanın dövlət başçısı həmişə bəyan edirdi ki, ölkəmizin ərazi bütövlüyü, digər dövlətlərin olduğu kimi, əhəmiyyətlidir və heç vaxt torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək.

Məqalədə qeyd olunur ki, ermənilərin Şuşanı işğalı zamanı Azərbaycan xalqının mədəni irsinə böyük zərbə vurulub, tarixi abidələr dağıdılıb, məscidlər məhv edilib və təhqir olunub. Qələbədən sonra təkcə Azərbaycanın deyil, bütün Qafqazın incisi olan bu qədim şəhərdə, habelə işğaldan azad olunmuş digər yaşayış məntəqələrində tarixi abidələr, o cümlədən məscidlər bərpa edilir.

Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib və burada erməni vandalizminin qurbanı olmuş tarixi şəxsiyyətlərin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri bərpa edilib. R.Bağırov əlcəzairli oxuculara Şuşa qalasının tarixi haqqında da ətraflı məlumat verib.


Femida.az

Açar sözlər: #Şuşa    

Oxunub: 3921