Bezos təbiətin bərpasına iki milyard dollar ayıracaq


10:43     03 Noyabr 2021 2021/11/04E148B4-B666-4580-A164-587C0A87C06E_1635920047.png

“Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar ayıracaq.

Femida.az xəbər verir ki, şirkətin rəhbəri Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Dəyişikliyi Sammitində çıxışı zamanı “Dünya” Fonduna landşaftların bərpası və qida sistemlərinin dəyişdirilməsi üçün 2 milyard dollar xərcləyəcəyini söyləyib. O, iqlim dəyişikliyi ilə mübarizə üçün ümumilikdə 10 milyard dollar xərcləməyi planlaşdırır.

“Amazon”un rəhbəri deyib ki, dünyanın bir çox yerində təbiət artıq karbon yuvasından karbon mənbəyinə çevrilir.


Femida.az

Açar sözlər: #Bezos    

Oxunub: 3988


Oxşar xəbərlər