Nazirlik məktəblərin bağlanması iddialarına münasibət bildirib


18:28     03 Noyabr 2021 mekteb_017777.jpg

"Azərbaycanda fəaliyyət göstərən məktəblərdə koronavirusla əlaqədar kritik vəziyyət yoxdur. Ona görə də bu gün məktəblərin ümumilikdə distant tədrisə keçidi gündəmdə deyil".

Bu fikirləri açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, əgər məktəblərin bağlanması barədə hər hansı qərar olsa, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək: "Bu günə olan məlumatlar vəziyyətin gərgin olduğunu göstərmir".

Açar sözlər:

Oxunub: 1220