Nazirlik repetitorların fəaliyyətinin qadağan ediləcəyi barədə məlumatlara münasibət bildirib


19:33     03 Noyabr 2021 21_11_03_1635952297.jpg

"Valideynlərin övladlarını repetitor yanına qoymaları məcburiyyət yox, seçimdir. Təhsil Nazirliyi hər bir təhsil müəssisəsində dövlət tərəfindən təsdiqlənən standartlar əsasında tədrisin təşkil olunmasını təmin edir".

Bu fikirləri Femida.az-a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu, təhsilin bütün pillələrinə aiddir: "Valideyn bununla paralel olaraq, həmin xidmətlərdən istifadə edirsə, buna qadağa qoymaq bizim mandatımıza aid deyil. Düşünmürəm ki, repetitor yanına getmək məktəbdəki təhsilə inamsızlıqdan yaranır. Çünki bizdə vahid kurikulum sistemi olduğuna görə hər hansı sinifdə hansısa fənnin tədris saatı ilə bağlı fərq yoxdur. Ona görə də bölgə məktəbləri ilə Bakı məktəblərinin dərs keyfiyyətində fərq yoxdur”.

Açar sözlər:

Oxunub: 1121