“Azəriqaz”ın əməkdaşlarına xəsarət yetirilib
19:42 03 Noyabr 2021
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşlarına xəsarət yetirilib.
Bu barədə Femida.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilib ki, birliyin Salyan Regional qaz istismarı İdarəsinin Saatlı xidmət sahəsinin əməkdaşları xidməti fəaliyyətlərini həyata keçirərkən fiziki hücuma məruz qalıblar: “Onların arasında çilingər kimi çalışan Tahir Dostəliyev daha çox xəsarət alıb. Birliyin əməkdaşları vətəndaşlara borclu əhali istehlakçılarının vaxtlı-vaxtında ödənişi etmələrini izah etsələr belə, Azadkənd kəndinin sakinləri Afiq Ələsgərov və onun əmisi Cəlal Ələsgərov öz aqressiv davranışlarını dayandırmayıblar. Onlar Saatlı xidmət sahəsinin Təbii qazın qəbulu və satışı xidmətinin rəisi Nicat Əliyevə və həmin xidmətin çilingəri Tahir Dostəliyevə xəsarət yetiriblər. Vətəndaşı sakitləşdirməyə çalışan kənd sakini, “TəmizQaz” QSC-nin Şirvan Regional Mərkəzinin əməkdaşı Ziyafət Məmmədovun da üz nahiyəsinə yumruq zərbəsi ilə xəsarət yetirilib".
"Faktla bağlı hadisə yerindən Ziyafət Məmmədov tərəfindən DİN-nin “102” zəng mərkəzinə məlumat verilib. Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri əməliyyat və prosessual addımlar atılıb. Məsələ ilə bağlı ekspertizanın nəticələri əsasında zəruri istintaq tədbirləri görüləcək”, - məlumatda qeyd edilib.
Oxunub: 1271
Oxşar xəbərlər
- “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiqi ilə bağlı cinayət işi başlanıb
- “Azəriqaz”ın baş direktoru ona müraciət edən vətəndaşlara özü zəng edəcək
- “Azəriqaz”ın rəhbərliyi şəhid ailələrinə baş çəkib
- “Azəriqaz”ın baş direktoru qaz limitinin ləğv edilməsi məsələsindən DANIŞDI
- “Azəriqaz”ın rəhbərliyi vətəndaş qəbulu keçirib
- “Azəriqaz”ın baş direktoru onlayn qəbul keçirdi
- “Azəriqaz”ın baş direktoru videobağlantı ilə vətəndaş qəbulu keçirib
- “Azəriqaz”ın baş direktoru tapşırıqlar verib
- “Azəriqaz”ın baş direktoru narazı istixana sahibləri ilə görüşüb